"Atəşkəs razılaşması hələ sülh razılaşması deyil" - Anar Məmmədli

"Atəşkəs razılaşması hələ sülh razılaşması deyil" - Anar Məmmədli
10 Oktyabr 2020
Mətni dəyiş
"Atəşkəs razılaşması hələ sülh razılaşması deyil. Hələ də cəbhə xəttində atəş səsləri kəsilməyib, yaşayış məntəqələri atəşə tutulur. Ümid edirəm ki, bu gün heç bir itki olmayacaq" Bu sözləri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bildirib. Məmmədli deyir ki, son hərbi toqquşmalar başlayanda bunu dondurulmuş münaqişələrin mahiyyətinə uyğun olaraq, ilkin xəbərdarlıq adlandırmışdım. Belə münaqişələrdə hərbi toqquşmaların baş verməyəcəyinə heç bir tərəf 100 faiz təminat verə bilmir. Bütün tərəflərə, o cümlədən vasitəçilərə aydın oldu ki, uzun müddət status-kvonun saxlanması sülhpərvərliyi artırmır, əksinə qarşılıqlı nifrəti gücləndirir, təhlükəsizliyi zədələyir və yeni hərbi toqquşmalar üçün zəmin yaradır.
"İndi vacib məsələ atəşkəs şəraitində bütün tərəflərin, o cümlədən beynəlxalq vasitəçilərin iştirakı ilə məhsuldar danışıqlar aparmaq, gələcək sülh razılaşmasının konturlarını hər iki cəmiyyətə təqdim etməkdir", - deyə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun