AMİP Türkiyə ilə təcili Hərbi İttifaq sazişi bağlamağa çağırır

AMİP Türkiyə ilə təcili Hərbi İttifaq sazişi bağlamağa çağırır
14 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Tükiyə ilə təxirə salmadan hərbi ittifaq sazişi imzalanması və Qarabağla bağlı danışıqlar prosesində Türkiyənin iştirakının təmin olunması üçün bəyanat yayıb.

Müəlliflər vurğulayırlar ki, oktyabrın 10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəslə bağlı bəyanat imzalanmasını Ermənistan tərəf itirdiyi mövqeləri geri qaytarmaq fürsəti kimi dəyərləndirir. Bu fürsətdən istifadə edən Ermənistan cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdləri edib, Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə ağ bayraq sancılan sanitar maşını atəşə tutub, Ağdam və Tərtər rayonlarını, eləcə də oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərini bir daha raket atəşinə tutaraq qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla mülki əhaliyə qarşı terror aktı törədib.

Bəyanat müəllifləri bəyan edirlər ki, bu fonda ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya Ermənistanı silahlandırır, Fransa Ermənistanı dəstəkləyən

mövqe sərgiləyir, ABŞ hər il separatçı rejimə maliyyə yardımı ayırır.

MİP 30 ilə yaxın müddətdə ATƏT-in Minsk Qrupunun cinayətkar

fəaliyyətsizliyini əsas götürərək, hesab edir ki, bu qurumun vasitəçiliyindən

ümumiyyətlə imtina edilməlidir.

Müəliflərə görə, hazırki durumda təxirə salınmadan Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında Hərbi İttifaq müqaviləsinin imzalanması vacibdir.

Sənəddə deyilir ki, danışıqlar hər tərəfdən bir qarant ölkənin vasitəçiliyi ilə mümkün olmalıdır, Emənistanın hərbi-siyasi müttəfiqi olaraq Rusiyanın, Azərbaycanın strateji müttəfiqi olaraq isə Türkiyənin danışıqlarda iştirakı məqsədəuyğundur.

Müəlliflərə görə, problemin yalnız hərbi-siyasi yolla həlli mümkündür və

düşmənə onun başa düşəcəyi dildə cavab verilməli, mülki insanımızın hədəf

alınmasının qisası alınmalıdır. Azərbaycana raket zərbələri endirən hədəflər, harada yerləşməsindən asılı olmayaraq, susdurulmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun