Allahın cəzası - Kamal Əli

Allahın cəzası - Kamal Əli
16 Oktyabr 2020
Mətni dəyiş

Kamal Əli

Yaxşı şeyə tez öyrəşirsən...

Hələ bu yaxınlarda, sentyabrın sonuna qədər biz Azərbaycan snayperinin bir düşməni öldürməsi barədə xəbərdən uşaq kimi sevinirdik. O zaman bir həftə ərzində iki uğurlu atış olanda sosial şəbəkələrdə şən statuslar yazdıq və ildəki həftələrin sayını 2-yə vurduq ki, böyük rəqəm alınsın.

2016-cı ildə Azərbaycan ordusu konkret əraziləri, 800 hektara yaxın sahəni azad edəndə snayperlərin işi bizi əvvəlki kimi ruhlandırmadı, biz torpaqların azad edilməsini istədik, çünki başa düşürdük ki, biz bunu edə bilərik.

2020-ci il sentyabrın 27-dən, yəni cəmi iki həftəyə yaxın müddətdə Azərbaycan ordusu döyüşlər zamanı Mil və Dağlıq Qarabağda 46 yaşayış məntəqəsini azad edib, 30 illik erməni müdafiə sistemini, onların müşahidə qurğularını, bütün hərbi infrastrukturunu birdəfəlik məhv edib. “Azərbaycan və DQR” arasında sərhəd yoxdur, Azərbaycanın aran rayonlarından “bufer zona” birdəfəlik yox oldu. Dağılmış erməni hərbi texnikasının sayı yüzlərlədir. Ermənistan ordusu qaçır, komandanlıq həlak olan və fərarilik edənlərin yenini qocalarla doldurmağa çalışır. Düşmənin yanacaq və silahı yoxdur.

Azərbaycan ordusunun oktyabrın 15-dək azad etdiyi yaşayış məntəqələrinin və yüksəkliklərin siyahısı

4.10.20 Qarabağlı kəndi (Füzuli)

14.10.20 Xatunbulaq kəndi (Füzuli)

14.10.20 Qaraqollu kəndi (Füzuli)

14.10.20 Bulutan kəndi (Xocavənd)

14.10.20 Məlikcanlı kəndi (Xocavənd)

14.10.20 Kəmərtük kəndi (Xocavənd)

14.10.20 Təkə kəndi (Xocavənd)

14.10.20 Tağasər kəndi (Xocavənd)

09.10.20 Yuxarı Quzlü kəndi (Füzuli)

09.10.20 Çaylı kəndi (Tərtər)

09.10.20 Gorazıllı kəndi (Füzuli)

09.10.20 Qışlaq kəndi (Cəbrayıl)

09.10.20 Qaracallı kəndi (Cəbrayıl)

09.10.20 Əfəndilər kəndi (Cəbrayıl)

09.10.20 Süleymanlı kəndi (Cəbrayıl)

09.10.20 Sur kəndi (Xocavənd)

05.10.20 Şıxəli Ağəlı kəndi (Cəbrayıl)

05.10.20 Sarıcalı kəndi (Cəbrayıl)

05.10.20 Mərzə kəndi (Cəbrayıl)

05.10.20 bir neçə strateji yüksəklik

04.10.20 Cəbrayıl şəhəri

04.10.20 Daşkəsən kəndi (Cəbrayıl)

04.10.20 Dəcəl kəndi (Cəbrayıl)

04.10.20 Karxulu kəndi (Cəbrayıl)

04.10.20 Şükürbəyli kəndi (Cəbrayıl)

04.10.20 Çərəkən kəndi (Cəbrayıl)

04.10.20 Horovlu kəndi (Cəbrayıl)

04.10.20 Mahmudlu kəndi (Cəbrayıl)

04.10.20 Cəfərabad kəndi (Cəbrayıl)

04.10.20 Yuxarı Maralyan (Cəbrayıl)

03.10.20 Suqovuşan (Ağdərə)

03.10.20 Talış kəndi (Tərtər)

03.10.20 Mehdili kəndi (Cəbrayıl)

03.10.20 Çaxırlı kəndi (Cəbrayıl)

03.10.20 Aşağı Maralyan (Cəbrayıl)

03.10.20 Şeyben kəndi (Cəbrayıl)

03.10.20 Quycaq kəndi (Cəbrayıl)

27.09.20 Qaraxanbəyli (Füzuli)

27.09.20 Qərvənd kəndi (Füzuli)

27.09.20 Horadiz kəndi (Füzuli)

27.09.20 Aşağı Əbdülrəhmanlı (Füzuli)

27.09.20 Yuxarı Əbdülrəhmanlı (Füzuli))

27.09.20 Böyük Mərcanlı (Cəbrayıl)

27.09.20 Nüzgər kəndi (Cəbrayıl)

27.09.20 Murovdağ yüksəkliyi

Yaxşı şeyə tez öyrəşirsən..Yerevanda fəlakət barədə məlumatlar adi qəbul edilir, sanki 30 ildir  bizi qorxaqlıqda və öz torpaqlarını müdafiə etməyə qadir olmamaqda ittiham edərək azərbaycanlıları ələ salan ermənilər deyildi. Bu sözlər hamısı havaya uçdu. Artıq yoxdur.

Ermənistan dünyadan kömək istəyir, hamıya yalvarır, cavabında isə təhqir eşidir, ələ salınır. Hətta Fransa mətbuatında ermənilərin ağlayaraq Fransaya yardım çağırışı barədə məlumatların altında  fransızlar  yazırlar: niyə cəhənnəm olub Ermənistana gedib orada döyüşmürsünüz? Burada Fransanın yetərincə öz işi var.

Oktyabrın 14-də Paşinyan öldürdüyü ermənilərin analarına baş əyirdi. O, günahını əvvəlki üç prezident - Levon Ter-Petrosyan, Serj Sarqsyan və Robert Köçəryanla bölməlidir.

Erməni xalqının milləti aldatmış, onu bilərəkdən özündən güclü və yanında ermənilərin öz acı tarixi təcrübələrindən yaxşı tanıdıqları Türkiyənin olduğu Azərbaycanla müharibəyə sürükləmiş dörd cəlladı var.  Ermənilər niyə burada və hər yerdə olduqlarının, amma 1915-ci ilə qədər yaxşı yaşadıqları Türkiyədə olmadıqlarının səbəbini yaxşı bilirlər. İstənilən erməni öz xalqının rəhbərlərinin tarixi günahını bilir.

Ermənilər nə özlərinin səhvi üzərində öyrənir, nə də başqalarının. Onlar 1988-ci ildə Azərbaycana miatsum elan edərək 1915-ci ilə qədər onları Türkiyəyə gətirən yolla yenidən getməyə qərar verdilər.

Düşünmək və Qarabağda qalan erməni mövcudluğunu xilas etmək hələ gec deyil. Onlar azad edilmiş şəhər və kəndlərin siyahısında sadalanan yerlərə qayıda bilməyəcəklər, lakin bunu çox istəyən Xankəndi, Martuni və digər yaşayış məntəqələrinə qayıda bilər. Aydındır ki, Qarabağdan qaçan əhalinin bir hissəsi bir daha gəlməyəcək. Qalanların qaçqın olmamaq şansı var. Prezident İ.Əliyev ermənilərin Azərbaycan ərazisində yaşamaq hüququnu və imkanlarını bəyan edib.

Paşinyan RF-nın Qarabağda dinc nizamlanma planını rədd edib. Deyib ki, Ermənistan sonuna qədər gedəcək. Amma son fərqli olur. Ölüm də sondur, axmaq fürerin almanları düçar etdiyi son kimi. Müdrik insanlar indiki şəraitdə və  indiki rəhbərliklə Ermənistan və Qarabağ erməniləri üçün başqa yol görmür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun