ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi
30 Oktyabr 2020
Mətni dəyiş

ABŞ hərbçiləri qitələrarası “Minuteman III” ballistik raketi sınaqdan keçirib.

Bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının məlumatında deyilir.

"Bu səhər bizim döyüş hazırlığımızı və strateji dözümlülüyümüzü göstərən silahsız “Minuteman III” qitələrarası ballistik raket sınaqdan keçirilib", - xəbərdə deyilir.

Raket Kaliforniya ştatının cənubundan Sakit okeandakı poliqona buraxılıb.

Mərmi 6 760 kilometr məsafəyə uçub və Sakit okeanda Kvadjaleyn mərcan adasına çatıb.

Sınaq uğurlu hesab edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun