792 yeni yoluxma aşkarlanıb, 8 ölüm

792 yeni yoluxma aşkarlanıb, 8 ölüm
24 Oktyabr 2020
Mətni dəyiş

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu məlumatı oktyabrın 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər də vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 49 013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib, aktiv xəstə sayı 7 298 nəfərdir”. Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281497 test aparılıb. Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun