500-dən çox türkiyəli həkim Azərbaycana köməyə gəlmək üçün müraciət edib

500-dən çox türkiyəli həkim Azərbaycana köməyə gəlmək üçün müraciət edib
30 Oktyabr 2020
Mətni dəyiş

Yüzlərlə türkiyəli həkim işğal altındakı Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlarda yaralanmış əsgərlərə kömək etmək üçün Azərbaycana gəlməyə hazırdır.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türk Həkimləri Dərnəyi məlumat yayıb. Bildirilib ki, artıq bununla bağlı 504 həkim Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edib.

Qeyd olunub ki, həkimlərin məlumatlarının toplandığı anketlər Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayevaya təqdim edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun