Ərdəbildə tutulan türk fəallar haqqında son qərarı kəşfiyyat nazirliyi verəcək

Ərdəbildə tutulan türk fəallar haqqında son qərarı kəşfiyyat nazirliyi verəcək
26 Oktyabr 2020
Mətni dəyiş

Təqribən bir ay əvvəl Ərdəbilin Cıral parkında keçirilən Qarabağa dəstək mitinqində tutulan 8 milli fəalın hazırda Ərdəbil həbsxanasında İranın kəşfiyyat xidmətinin nəzarətində saxlanıldığı bildirilir.

Əsgər Əkbərzadə, Mehdi Huşmənd, Muctaba Pərvin, Mustafa Pərvin, Bəhmən Xeyrcu, Murtaza Pərvin, Sübhan Bəxşi və Meysəm Colani sentyabrın 29-da bir neçə digər fəalla birlikdə nəzarət altına alındılar.

Həmin mitinqdə saxlanılan digər fəallar, o cümlədən Pərviz Siyabi, Məhəmməd Colani, Səccad Colani, Hüseyn Balaxanı və Hamid Heydəri daha əvvəl mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, hazırda nəzarətdə saxlanılan 8 fəal haqqında son qərarı İranın Kəşfiyyat Nazirliyi verəcək.

“Güneydə tutulan fəalların məmurlar tərəfindən döyülməsi normal hala gəlib”

Keçən həftələrdə Ərdəbildən Amerikanın Səsinə danışan milli fəal Araz Süleymani sentyabrın 29-da Ərdəbilin Cıral parkında məmurların təqribən 20 nəfəri nəzarət altına alaraq mitinqin baş tutmasına mane olduqlarını bildirmişdi.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən azı 200 nəfər nəzarət altına alınıb. Araz Süleymani Amerikanın Səsinə müsahibədə tutulanlardan 100-dən artıq nəfərin adlarının dəqiqləşdirildiyini qeyd etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun