Əliyev və Paşinyanın bəyanatları Moskvada keçiriləcək görüşü mənasız edir

Əliyev və Paşinyanın bəyanatları Moskvada keçiriləcək görüşü mənasız edir
20 Oktyabr 2020
Mətni dəyiş

Oktyabrın 19-da prezident Əliyev və baş nazir Paşinyan Rusiyanın TASS agentliyinə geniş müsahibə verib.

Hər iki liderə ünvanlanan əsas suallardan biri güzəştlərə hazır olub-olmadıqları barədə sual olub.

Əliyev və Paşinyan güzəştə hazır olduqlarını bildiriblər, amma bunu fərqli formalarda ifadə ediblər.

Əliyev güzəşti Qarabağ ətrafında işğal olunmuş ərazilərdən və Qarabağın özündən erməni qoşunlarının çıxarılmasında və Azərbaycanın ərazi bütövlüyünün tanınmasında görür.

Paşinyanın sözlərindən aydın olub ki, Ermənistan Qarabağ ətrafındakı ərazilərdən imtina edə bilər, amma Qarabağ özü müstəqil olaraq qalmalıdır.

Əslində Bakı və Yerevan mövqelərinin dəyişməz olaraq qaldığını təsdiq ediblər. Hər iki liderin bəyanatı qəti səslənib, bu da onların hər ikisinin razılıq verdiyi Moskva görüşünün yekunları ilə bağlı nikbinlik yaratmır. Göründüyü qədər, bu görüşdə RF prezidenti Putin üçüncü tərəf olacaq və arbitr rolu oynayacaq.

Qeyd edək ki, müsahibədən dərhal sonra Nikol Paşinyan Təhlükəsizlik Şurasının geniş iclasını, habelə parlamentdə iştirak etməyən müxalifətlə görüş keçirib, Qarabağdakı vəziyyəti müzakirə edib.

Böyük ehtimalla təxmin etmək olar ki, Paşinyan Qarabağ məsələsində mümkün güzəştlər mövzusunda ictimai rəyi öyrənməyə çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun