Əfqanıstan təhlükəsizlik qüvvələri və Taliban arasında ağır döyüşlər olub

Əfqanıstan təhlükəsizlik qüvvələri və Taliban arasında ağır döyüşlər olub
13 Oktyabr 2020
Mətni dəyiş

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bazar ertəsi təhlükəsizlik qüvvələri ilə ölkənin cənubunda Helmənd vilayətinin paytaxtını ələ keçirmək istəyən Taliban üsyançıları arasında şiddətli döyüşlər olub.

ABŞ hərbi qüvvələri Talibanın hücumuna qarşı Əfqanıstanın təhlükəsizlik qüvvələrini müdafiə etmək üçün Helmənddə bir neçə hədəfə zərbə endirdiyini təsdiqləyib və üsyançıları hücumu dayandırmağa çağırıb.

Laşkərgah üzərində nəzarət uğrunda bir neçə gün davam edən döyüşlər zamanı hər iki tərəfdən onlarla döyüşçünün öldüyü və mülki vətəndaşların da atəşə tutulduğu bildirilib.

Döyüşlərin getdiyi şəhərin sakinləri Amerikanın Səsinə gecə davam edən qarşıdurmalar zamanı Talibanın Ləşkərgah və onun ətrafındakı bəzi ərazilərin nəzarətini ələ aldığını bildirib. Taliban Helmənd vilayətindəki bölgələrin əksəriyyətinə ya nəzarət edir.

Qarşıdurmalar ABŞ-ın vasitəçiliyi ilə Əfqanıstan hökuməti və Taliban nümayəndələri arasında Qətərin Doha şəhərində birbaşa sülh danışıqlarının getdiyi vaxt da davam etdirilir.

Vilayət rəsmisinın Amerikanın Səsinə bildirdiyinə görə, hava hücumlarının dəstəyi ilə Əfqanıstan qüvvələri Talibanın irəliləməsinin qarşısını ala bilib, onlarla üsyançı öldürülüb və yaralanıb.

Ömər Zavak itirilmiş ərazilərin geri alınıb-alınmadığı barədə biz söz deməyib. Lakin o, bazar günü gecə baş verən döyüşlər zamanı Əfqanıstan ordusunun yalnız dörd əsgərinin öldüyünü təsdiqləyib.

Taliban mənbələri hökumət qüvvələrinin ağır itkilərə məruz qaldığını iddia edir. Tərəflərin iddialarını müstəqil olaraq təsdiq etmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun