Azərbaycana yardım etmək üçün İtaliyadan da həkimlər qrupu gəlib [Fotosessiya]

Azərbaycana yardım etmək üçün İtaliyadan da həkimlər qrupu gəlib [Fotosessiya]
4 Avqust 2020
Mətni dəyiş

Koronavirus əleyhinə mübarizədə Azərbaycana yardım etmək üçün 3 avqustda italiyalı altı həkimdən ibarət Təcili Tibbi Briqada Bakıya gəlib.

Bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi açıqlama yayıb. Məlumata görə, iki təciyli yardım həkimi, infeksion xəstəliklər üzrə bir ekspert, bir anastezioloq və təcili yardım təcrübəsi olan iki tibb bacısından ibarət briqada növbəti iki həftə ərzində öz yerli tərəfdaşlarına yardım edəcəklər.

“Yardım Aİ-nın Mülki Müdafiə Mexanizmi tərəfindən koordinasiya edilərək dəstəklənir. Bu ekspertlərin gəlişi Azərbaycanla Avropa İttifaqı arasında praktiki həmrəylik və tərəfdaşlıq göstəricisi olmaqla yanaşı, “TeamEurope” metodunun necə işlədiyinin bir nümunəsidir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun