Xədicə İsmayılova daha bir beynəlxalq mükafata layiq görülüb

Araşdırmaçı jurnalist Xədicə İsmayılova və almaniyalı rejissor Benyamin Best Leypsiq Media Fondunun “Kütləvi informasiya vasitələrinin azadlığın və gələcəyi uğrunda” mükafatına layiq görülüblər.

Bu barədə Xədicə İsmayıl məlumat yayıb. Jurnalist bildirib ki, Almaniyada Konstitusiya Məhkəməsinə müraciət edib, xaricilərin məhkəmə qərarı olmadan dinlənmə/izlənməsinə, bu məlumatların üçüncü ölkələrə ötürülməsinə şərait yaradan qanundan şikayət etmişdi.

“Az deyil məhkəməni uddum, qanunu dəyişdirməyə məcbur oldular, üstəlik mükafat da alıram”.

Leypsiq Media Fondu jurnalistləri bu qanunun yaratdığı risklərdən azad etmək üçün gördüyüm işə və araşdırmalarıma görə mənə mükafat verir. Bu mükafatın əvvəlki laureatları arasında Cəfər Pənahi, Seymur Herş kimi adamlar, Türkiyəli əzabkeş həmkarlar var. Qürurluyam

Mükafat verən təşkilatın açıqlamasına görə, iyunun 25-də Leyptsiqin hər bir laureata 10 min avro məbləğində mükafat ödəniləcək.

Bildirilir ki, İsmayılova Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırırdı. 2014-cü ildə o, həbs edilib və vergi ödənişindən yayınma və israfçılıq ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiə təşkilatları bu ittihamları saxta adlandırıblar və Azərbaycan rəhbərliyinin korrupsiyası haqqında jurnalist araşdırmalarına görə cəza olaraq görüblər.

“Amnesty İnternational” jurnalisti vicdan məhbusu kimi tanıyıb. 2016-cı ildə İsmayılova vaxtından əvvəl şərti azadlığa buraxılıb, amma ona bəraət verilməyib.

Xədicə İsmayılova bundan əvvəl də bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bu sırada alternativ Nobel mükafatı sayılan Right-Livelihood-Award “Dürüst Həyat Mükafatı”, Kanadanın British Columbia Universitetinin “Allard” mükafatı, “Human Rights Watch” təşkilatının Alison Des Forqs və digər mükafatlar var.