İlham Əliyev YAP Gənclər Birliyinin sədrini icra başçısı təyin etdi - Seymur Orucov kimdir?

İlham Əliyev YAP Gənclər Birliyinin sədrini icra başçısı təyin etdi - Seymur Orucov kimdir?
21 May 2020
Mətni dəyiş

Prezident İlham Əliyev Ağstafa rayonuna yeni icra başçısı təyin edib. Bu barədə may ayının 21-də ölkə başçısı sərəncam imzalayıb. 

Abzas xəbər verir ki, sərəncama əsasən, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. S.Orucov 2011-ci ildən YAP Gənclər Birliyinin sədridir.

Seymur Orucov kimdir? 

S.Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
2001-ci ildə Əli Bayramlı Türk Özəl Litseyində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub, 2005-ci ildə məzun olub. 2007-ci ildə həmin ixtisasın magistratura pilləsini bitirib. Seymur Orucov 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub.O, 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Orucov 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilmişdir.

Ailəlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun