Dunya Miyatoviç: 'Jurnalistlərə əvəzsiz işlərinə görə təşəkkür etməliyik'

Dunya Miyatoviç: 'Jurnalistlərə əvəzsiz işlərinə görə təşəkkür etməliyik'
5 May 2020
Mətni dəyiş

"Onlar hökumətin fəaliyyətini ictimaiyyətin ciddi nəzarəti altında saxlayırlar. Sərbəst və keyfiyyətli jurnalistika demokratiyanın bir aktividir"

Bu sözləri Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı deyib.

"3 May Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edərkən biz jurnalistlərə və KİV işçilərinə cəmiyyətin rufahı naminə əvəzsiz işlərinə görə təşəkkür etməliyik. Bizim maraqlarımıza xidmət etmək üçün onların verdikləri qurbanları və ailələrinin qurbanlarını tanımalıyıq.

Onlar bizə həyatımıza dair qərarların qəbulu üçün malik olduğumuz ən güclü alətlərdən birini - etibarlı informasiyanı verirlər. Onlar ədalətsizlik, cinayət, korrupsiya və ya vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını ifşa edirlər. Onlar hökumətin fəaliyyətini ictimaiyyətin ciddi nəzarəti altında saxlayırlar".

Dunya Miyatoviç bildirib ki, buna görə də mətbuat azadlığı milli konstitusiyalarda və beynəlxalq müqavilələrdə təsbit edilmiş hüquqlardan biridir.

"Buna görə də biz jurnalistlərin və KİV işçilərinin təhlükəsizliyinə, müstəqilliyinə, iqtisadi və sosial rifahına daha çox investisiya qoymalıyıq. 3 mayın yaxınlaşması ilə mən həqiqətin və ədalətin qorunması işində çalışan bütün jurnalistlərə və media işçilərini qiymətləndirmək istəyirəm".

Avropa Şurası komissarı bildirib ki, jurnalistlərin çoxu bizə əsaslandırılmış qərarlar qəbul etmək və cəmiyyəti daha da ədalətli etmək üçün imkan yaratmaqdan ötrü öz həyatlarını və ya azadlıqlarını qurban veriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun