ABŞ Konqresi pandemiya dövründə insan hüquqlarının pozulmasına qarşı mübarizəni gücləndirəcək

Dünyada avtoritar rejimlər COVİD-19-dan tənqidi boğmaq üçün istifadə edirlər və öz ölkələrində senzura tətbiq edirlər. Bunu nəzərə alaraq, cümə günü ABŞ Senatında pandemiya dövründə insan hüquqları ilə bağlı iki qanun layihəsi irəli sürülüb.

Bu barədə Turan agentliyinin Vaşinqtondakı müxbiri xəbər verib. Məlumata görə, hər iki qanun layihəsi – “Pandemiya zamanı insan hüquqlarının müdafiəsi”“COVİD-19-a qarşı mübarizə haqqında Beynəlxalq qanun” sui-istifadələrə qarşı mübarizə və insan hüquqlarının müdafiəsində ABŞ-ın aparıcı rol oynamasını nəzərdə tutur.

Birinci qanun layihəsini senatorlar Edvard Marki, Marşa Blekbern, Ben Kardin, Rocer VikerCeff Merkli, həmçinin konqresmenlər Ceyms Makqovern, Enn VaqnerTom Malinovski təqdim ediblər.

Sənəddə pandemiya bəhanəsi ilə insan hüquqları pozuntularının artmasının qarşısının alınması məqsədilə Dövlət Departamenti və USAİD tərəfindən plan hazırlanması nəzərdə tutulur.

Konqresdən qanun layihəsinin hazırlanmasında iştirak edən mənbə bildirib ki, Azərbaycan, Türkiyə, Çin və digər ölkələrdə pandemiya dövründə azadlıqların məhdudlaşdırılması kəskin şəkildə artıb.

‘Amnesty International’, ‘Human Rights Watch’, Jurnalistləri Müdafiə Komitəsi və digər hüquq müdafiə təşkilatları Azərbaycan, Çin, Rusiya və digər ölkələrdə müstəqil səslərə qarşı son repressiyaları sənədləşdirərək, qanun layihələrini dəstəkləyib.

“Biz hakimiyyətə insanlardan daha çox dəyər verənlərin ictimai səhiyyə ilə bağlı addımlardan silah kimi istifadə etməməsi üçün səylərimizi ikiyə qatlamalıyıq”, deyə senator Kardin bildirib.

Qanun layihəsi qəbul edilərsə, Dövlət Departamentinin üzərinə koronavirusa qarşı mübarizə adı altında hədsiz tədbirlərdən sui-istifadə haqqında faktlarla bağlı məlumat toplamaq və məlumatlandırmaq öhdəliyi qoyacaq.

Qanun həmçinin ABŞ Dövlət Katibindən və AMP Administratorundan sənəd qüvvəyə mindikdən 30 gün sonra ilkin strateji fəaliyyət planının təqdim edilməsini tələb edir.

Bu qanun həmçinin Konqresin ABŞ-da və xaricdə demokratik institutlara dəstək üçün zəruri vəsaiti ayırmasına imkan verəcək.

“ABŞ elə etməlidir ki, koronavirus pandemiyası hökumətlərin insan hüquqlarını pozması və ya avtoritar liderlərin öz idarəçiliyini möhkəmləndirməsi üçün bəhanəyə çevrilməsin”, deyə konqresmen Makqovern bildirib.

Digər qanun layihəsini – COVİD-19-a reaksiya haqqında beynəlxalq qanunu senatorlar Bob Menendes, Ben Kardin, Cin Şahin, Kris Kuns, Tim Keyn, Ceff Merkli, Ed Marki və Kori Buker təqdim ediblər.

Sənəd Tramp administrasiyasını “COVİD-19-un yayılmasını dayandırmaq üçün digər ölkələr, beynəlxalq təşkilatlar və çoxtərəfli forumlarla konstruktiv şəkildə qarşılıqı fəaliyyət göstərməyə” məcbur etməyə yönəlib.

Qanun layihəsinə əsasən, ABŞ hökuməti “COVİD-19 pandemiyası dövründə və ondan sonra beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını israrla müdafiə etməlidir”.

Eyni zamanda, Dövlət Departamenti və USAİD birbaşa və ya QHT-lər və ya beynəlxalq təşkilatlar vasitəsilə insan hüquqları məsələsində demokratik institutlara, vətəndaş cəmiyyətinə, müstəqil KİV-lərə yardım etməlidir.

Hər iki qanun layihəsinin yaxın günlərdə təsdiq ediləcəyi gözlənilir.