Zelenski: "Azərbaycan da bizi dəstəkləyir, İlham Əliyevlə də razılaşmışıq"

Zelenski: "Azərbaycan da bizi dəstəkləyir, İlham Əliyevlə də razılaşmışıq"
19 Aprel 2020
Mətni dəyiş

Ukraynada son günlər milli valyutanın dəyərdən düşməsi vətəndaşlar arasında təşvişə səbəb olub. Ukrayna prezidenti məsələ ilə bağlı brifinq keçirib və insanları sakitləşdirməyə çalışır.

Brifinqdən '112' televiziya kanalı xəbər yayıb. Məlumara görə, Ukrayna prezidenti bildirib ki, yaxın müddətdə ölkəyə minimum 10 milyard dollar maliyyə dəstəyi olacaq və artıq 8 milyard maliyyə yardımı almaq üçün Beynəlxalq Valyuta Fondu ilə razılaşıblar.

"Əgər Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə minimum 10 milyard dollar da ala bilsək, dəstək proqramımız minimum 8 milyard dollara qədər artacaq. Danışıqlarımız davam edir.

Əminliklə deyə bilərik ki, Azərbaycan tərəfindən də dəstəklənirik. Cənab Əliyevlə də razılaşmışıq. Amma bu barədə hələlik ətraflı danışmaq istəmirəm. Biz həmçinin, Kanadanın baş naziri Jastin Trudo ilə danışmışıq və onlardan cavab gözləyirik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun