Türkmənistanda 'koronavirus' sözünü işlətmək və maska taxmaq qadağan edilib

Türkmənistanda 'koronavirus' sözünü işlətmək və maska taxmaq qadağan edilib
1 Aprel 2020
Mətni dəyiş

Türkmənistan hakimiyyəti "koronavirus" sözünün istifadəsini qadağan edib. Bu sözün dövlət mediası tərəfindən istifadəsinə icazə verilmir. Məlumatı "Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatı yayıb.

Türkmənistanda fəaliyyəti yasaq edilmiş "Sərhədsiz reportyorlar" təşkilatının saytı bildirb ki, səlahiyyətlilər tibbi kitabçalardan "koronavirus” sözünü çıxardıblar. Polis insanları küçədə tibbi maskalar taxdıqlarına və koronavirusdan danışdıqlarına görə həbs edə bilər.

"Türkmənistan hakimiyyəti koronavirusla əlaqəli bütün məlumatları məhv etməyin bu ifrat üsulunu tətbiq etməklə öz reputasiyasını bir daha doğruldub", - "Sərhədsiz reportyorlar" təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə bürosunun rəhbəri Janna Kavelye deyib.

Jurnalistlər beynəlxalq ictimai birliyi Türkmənistanın simasında üzə çıxan bu "qara məlumat dəliyinin" yaranmasına reaksiya verməyə çağırıb.

Üstəlik, rəsmi məlumatlara görə, ölkədə koronavirusa yoluxan bir nəfər yoxdur. Ölkə burada 44 mindən çox koronavirus infeksiyası və 2,8 mindən çox ölüm hadisəsi qeydə alınmış İranla həmsərhəddir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun