Türkiyədə koronavirusa görə 90 min məhkum əfv edilib

Türkiyə Böyük Millət Məclisində hakim koalisiya üzvləri AKP və MHP tərəfindən irəli sürülən əfv qanunu qəbul edilib.

Abzas Türkiyə mətbuatına istinadə xəbər verir ki, qanun layihəsi koronavirusun həbsxanalarda kütləvi şəkildə yayılmamasına üçün təklif edilib.

Təklif aprelin 15-də qəbul edilib və ümumilikdə 90 min məhkumun azadlığa çıxmasını əhatə edib.

Ana müxalifət partiyası CHP və digər müxalif partiyalar qanunun əleyhinə səs veriblər.

Onlar siyasi motivlərlə həbs edilən şəxslərin – jurnalistlərin, siyasətçilərin, ictimai fəalların, blogerlərin, hüquq müdafiəçilərinin əfv siyahısına salınmamasına etiraz ediblər.

CHP ayrı-seçkilik edildiyi iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Əgər müraciət haqlı hesab olunsa, azadlığa buraxılanlara əlavə olaraq siyasi məhbuslar da əfv siyahısına əlavə ediləcəklər.