Serbiya böhranla bağlı 5.5 milyard ayırdı, vətəndaşların hərəsinə 100 avro verəcək

Serbiya böhranla bağlı 5.5 milyard ayırdı, vətəndaşların hərəsinə 100 avro verəcək
1 Aprel 2020
Mətni dəyiş

Serbiya Prezidenti Aleksandar Vucic deyir ki, hökuməti bizneslərin koronavirus pandemiyasına görə üzləşdiyi iqtisadi təzyiqi aradan qaldırmaq üçün kredit və subsidiyalar şəklində 5 milyard avro (5,54 milyard dollar) ayırmağı planlaşdırır.

Hökumət yaşı 18-dən yuxarı, yəni 5 milyon nəfərə 100 avro birdəfəlik ödəniş edəcək, Vucic martın 29-da söyləyib.

Azadlıq Radiosunun məlumatına görə, 7 milyon əhalisi olan Serbiyada indiyədək koronavirusdan 13 nəfər ölüb, 741 nəfər yoluxub.

Ölkədə fövqəladə vəziyyət, gecə karantini elan olunub.

Vucic deyib ki, iqtisadi plan bu il defisiti artıracaq və bu, maliyyə ehtiyatları və borcalma hesabına qarşılanacaq. İlkin olaraq defisit istehsalın 0,3 faizi civarında prozlaşdırılırdı.

Beynəlxalq Valyuta Fondu ilə razılaşdırılmış plana görə, Serbiyanın dövlət borcu ÜDM-nin 60 faizini keçməməlidir, Vucic deyib. Ötən ilin sonunda bu, 52,4 faiz idi.

Ötən ay Serbiyanın valyuta ehtiyatları 13,4 milyard avro (14,9 milyard dollar) idi. Yanvarda isə 13,7 milyard avro (15,2 milyard dollar) olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun