Neft Fondu mart ayında 2.6 milyard dollar vəsait itirib

Neft Fondu mart ayında 2.6 milyard dollar vəsait itirib
17 Aprel 2020
Mətni dəyiş

Azərbaycan Dövlət Neft Fondu maliyyət ehtiyatlarından təkca mart ayında 2.6 milyard dollar vəsait itirib.

Abzas xəbər verir ki, bu barədə Fondun rəsmi saytında dərc olunan hesabatda deyilir.

Sənəddə bildirilir ki, Neft Fondu yanvar ayında 800 milyon dollar gəlir qazanc əldə edib, fevral ayında isə 200 milyon dollar itirib. Hesabata görə, qurumun mart ayında isə itkiləri 2.6 milyard dollar olub.

Ekspertlər bu defisitin banklara valyuta satışından yarandığını bildirirlər.

Neft Fondunun valyuta ehtiyarları yanvar ayının əvvəlində 43.3 milyard dollar, fevral ayının əvvəlində isə 800 milyon dollar artaraq 44.1 milyard dollar olub.

Sənəddə görə, təkcə mart ayında Fond 2.6 milyar, yanvar ayında 800 milyon dollar gəlir əldə etdiyindən ilin ilk 3 aylıq dövründə isə 1.97 milyard dollar vəsait itidib.

Hesabatda deyil görə hazırda Neft Fondunun ehtiyatları 41.3 dollara təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun