"Heç kəs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir"

"Heç kəs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir"
16 Aprel 2020
Mətni dəyiş

“Koronavirus bir il insanların həyatından çıxmayacaq”.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib:

Beynəlxalq təşkilatın rəsmisi bildirib ki, virus bu gün həm isti, həm də soyuq ölkələrdə yayılıb.

"Koronavirus pandemiyasının hələ nə qədər davam edəcəyi ilə bağlı heç bir məlumat verə bilmərik. Ona görə də bu barədə dəqiq fikir bildirmək düzgün deyil. Çünki virusun yaranma səbəbləri də hələlik bəlli deyil. Bir il boyunca koronavirus gündəmdən çıxmayacaq".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, heç kəs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir: “Yeni qaydalar hazırlanır və bu qaydalar əsasında yaşayacağıq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun