Bu kateqoriya tələbələrin təhsil haqqını dövlət ödəyəcək [infoqrafika]

Bu kateqoriya tələbələrin təhsil haqqını dövlət ödəyəcək [infoqrafika]
14 Aprel 2020
Mətni dəyiş

Azərbaycan Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarda qeyd olunur ki, 2020-ci ilin həm yaz, həm payız semetrləri üçün Azərbaycanda ödənişli əsaslarla əyani təhsil alan bir qrup tələbənin təhsil haqları dövlət tərəfindən ödəniləcək.

Hökumət bu qrup tələbələrə kimləri aid etməsi ilə bağlı qərarında bildirib. Bu kateqoriya tələbələrə aşağıdakı sosial qruplar daxildir

- ünvanlı dövlət sosial yardımı alanlar

  • hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər

- işsiz kimi qeydiyyatda olanlar

- yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.

Qərara görə, ali təhsil ocaqları tələbələrinin təhsil xərclərinin 100 faizi, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alanların isə illik təhsil haqqının 50 faizi dövlət büdcəsi hesabına ödəniləcək.

Nazirlər Kabinetinin qərarında Təhsil Nazirliyinə tapşırılır ki, qurum “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə bu kateqoriya tələbələri müəyyən etsin və qərarın icrasını həyata keçirsin.

Həmçinin, qərarda deyilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirsinlər.

[embed]https://www.instagram.com/p/B-9cgbYDvai/[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun