190 manatlıq yardımı almaq üçün qeydiyyatdan necə keçmək lazımdır? [Təlimat-fotolar]

190 manatlıq yardımı almaq üçün qeydiyyatdan necə keçmək lazımdır? [Təlimat-fotolar]
8 Aprel 2020
Mətni dəyiş

Prezident İlham Əliyevin sərəncamı ilə xüsusi karantin rejimi ilə əlaqədar işsiz qalan şəxslərə aprel-may aylarında yaşayış minimumu həcmində 190 manat yardım ayrılacaq. 

Sərəncam əsasında Nazirlər Kabineti Tədbirlər Planı təsdiq edib və işsiz kimi qeydiyyata alınan insanlara birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Azərbaycanda bir çox insanı maraqlandıran məsələ olduğundan sosial yardımı necə almaq lar, onu izah edəcəyik.

İlk növbədə, işsizlik statusunuzu rəsmiləşdirməlisiniz. Bunun üçün www.e-sosial.az  saytına daxil olursuz. Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.

Daha sonra, e-xidmətlər bölməsini keçirsiz.

Açılmış pəncərədə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xanasını seçirsiz.

Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə  daxil olmalısınız. Bunun üçün “İstifadəçi FİN-i ilə” xanasını seçirsiz.

Onlayn qaydada İstifadəçi FİN-nin əldə olunması üçün saytda qeydiyyatdan keçməlisiniz. Odur ki, “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunuadınıza olan mobil nömrənizi saytdakı uyğun bölmələrə daxil edirsiz.

Mobil telefonunuza gələn aktivasiya kodunu müvafiq xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.

İstifadəçi FİN ilə  daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, aprelin 6-dan etibarən sayta giriş ağırlaşıb. Rəsmilər tövsiyə edir ki, sayta daxil olarkən problem yaşasanız, bir müddətdən sonra bir daha yoxlayın.

Əgər sistemdə problemlə qarşılaşsanız 142 çağrı mərkəzinə zəng edin, əlavə məlumat alın.

Onu da bildiriri ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilər. Qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun