Son 4 ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 2 milyard dollara yaxın investisiya qoyub

Bu gün Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Ekaterine Mikabadze Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışında bildirib ki:

“Ötən il Azərbaycan Gürcüstanın ən əsas ixrac bazarı olub və qonşu ölkə Gürcüstana səfər edən turistlərin sayı baxımından birinci yeri tutub”.

Nazir müavininin sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq bir sıra mühüm sahələri əhatə edir: “Bu sahədə özəl sektorlar arasında da əlaqələr fəallaşdırılmalıdır”.

E.Mikabadze qeyd edib ki, 2015-ci ildən Azərbaycan Gürcüstan iqtsadiyyatına 2 milyard ABŞ dollarına yaxın pul qoyub.