Rüstəm İbrahimbəyov nüfuzlu rus kino mükafatına layiq görülüb

 Bu il Rusiya Kino Akademiyasının “Nika” kino mükafatına Rusiya Kinematoqrafiya Sənətləri Akademiyasının vitse-prezidenti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyov layiq görülüb.

Münsiflər Heyətinin ötən gün keçirdiyi səsverməsinin nəticələri belədir. Bu barədə Turan-a Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər.

Mənbənin məlumatına görə, R.İbrahimbəyov bu mükafata “Şərəf və ləyaqətə görə” nominasiyasında layiq görülüb.

Bu il nominasiyaların sayına (9) görə lider Andrey Smirnovun “Fransız” filmi olub.