Qazaxıstan İran vətəndaşlarının ölkəyə gəlişinə qadağa qoyub

Qazaxıstan İran vətəndaşlarının ölkəyə gəlişinə qadağa qoyub
2 Mart 2020
Mətni dəyiş
Qazaxıstan İran vətəndaşlarının bu ölkəyə gəlişinə qadağa qoyub. Qadağa mart ayının 5-dən başlanılacaq və məqsəd dünyada koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İranla gediş-gəlişi müvəqqəti olaraq azaltmaqdır. Bu haqda Qazaxıstanın daxili işlər naziri Muxtar Tleuberdi deyib. Bundan əlavə Qazaxıstan Azərbaycana olan aviareysləri də məhdudlaşdıracağını bəyan edib. Belə ki, martın 5-dən Nur-Sultan-Bakı reysi dayandırılacaq. Almata-Bakı reysi ayda 5 dəfədən 1 dəfəyə endiriləcək, Aktau-Bakı reysi isə ayda yeddi dəfədən bir dəfəyə endiriləcək. Bundan əlavə Qazaxıstan höküməti koronavirusun yayıldığı ölkələrin vətəndaşlarına iş icazəsi verməyi də dayandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun