Azərbaycan vətəndaşları İrandan xüsusi reyslə evokuasiya ediləcək

Azərbaycan vətəndaşları İrandan xüsusi reyslə evokuasiya ediləcək
2 Mart 2020
Mətni dəyiş
Martın 1-də Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, İranla sərhəddə çadır məntəqələri, karantin zonaları yaradılıb, ixtisaslaşdırılmış laboratoriyalar və xəstəxanalar bütün lazımi avadanlıq və tibbi preparatla təchiz edilib. Mənbəyə görə, martın 4-də Tehrandan Bakıya xüsusi aviareys həyata keçiriləcək və Azərbaycan vətəndaşları Bakıya qayıda biləcəklər. Həmin reyslə gələnlər 14-29 gün müddətində karantinə alınacaq. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, martın 1-də Bakıda olan 5 İran vətəndaşı koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun