Zamirə Hacıyeva Londonda apellyasiya məhkəməsində uduzub

Zamirə Hacıyeva Londonda apellyasiya məhkəməsində uduzub
6 Fevral 2020
Mətni dəyiş
London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın səs-küylü prosesini başa çatdırıb. Hələ 2018-ci ildə müvafiq ittiham irəli sürüldüyü Z.Hacıyeva ötən müddət ərzində iki dəfə apellyasiya versə də, son nəticədə prosesi uduzaraq ən yüksək məhkəmə pilləsi olan Ali Məhkəmədə iddia qaldırmaq hüququndan məhrum edilib. Qeyd edək ki, hər hansı gəliri olmayan Z.Hacıyevanın Londonda dəbdəbəli həyat tərzi sürməsi Milli Cinayətkarlıq Agentliyinin (NCA) diqqətindən yayınmayıb. İndi də 7 gün ərzində bu qədər var-dövlətin mənbəyi barədə müstəntiqlərə ağlabatan izahat verməlidir. Əks təqdirdə, NCA onun əmlakını müsadirə etmək üçün məhkəməyə müraciət edəcək, sonra da həmin əmlak satışa çıxarılmaqla əldə edilən vəsait dövlət büdcəsinə köçürüləcək. Lakin Z.Hacıyeva var-dövlətinin qanuni olduğunu sübut etsə belə, NCA müstəntiqləri 60 gün ərzində onun bank hesablarını araşdıra biləcəklər. Bunun nəticəsində məsələnin bağlanacağı, yoxsa əmlakın müsadirə olunması üçün dava açılacağı barədə qərar veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun