MSK sədri seçki komissiyasının üzvünə qarşı zorakılığa haqq qazandırıb

MSK sədri seçki komissiyasının üzvünə qarşı zorakılığa haqq qazandırıb
21 Fevral 2020
Mətni dəyiş
MSK sədri Məzahir Pənahov məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü Jalə Bayramova qarşı zorakılığa haqq qazandırıb. Fevralın 9-da Milli Məclisə seçkilərdə səsvermə günü Bayramova, 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı seçki məntəqəsinin məşvərətçi səs hüquqlu üzvü Jalə Bayramova seçici, müşahidəçi və ya komissiyanın üzvü olmayan bir qadın tərəfindən döyülüb. Fevralın 20-də MSK-nın iclasında MSK sədri Məzahir Pənahov insidenti şərh edərkən deyib ki, bu, J.Bayramovanın “digər qadın”ın iradəsinə zidd olaraq çəkiliş aparmasına görə baş verib. “Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”, - M.Pənahov bildirib. Lakin J.Bayramovanın atası, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib: “Əvvala, MSK sədri prokuror, məhkəmə deyil ki, kimisə cəzalandıracaqlar desin. İkincisi, ondan soruşan gərək ki, sənin digər xanım adlandırdığın Azadə Kərimovanın həmin məntədə nə işi var idi? O, seçici deyil, nə məntəqə üzvü, nə də müşahidəçi deyil, ümumiyyətlə, onun məntəqədə mövcudluğu faktı qanunsuzdur. Üçüncüsü, seçki məntəqəsi ictimai yerdir. Dəfələrlə bəyan edilib ki, seçki şəffaflıq və aşkarlıq şəraitində keçir, məntəqələrdə veb- kameralar quraşdırılıb. Digər tərəfdən, J.Bayramovanın vəhşicəsinə döyülməsi faktı göz qabağındadır. “Odur ki, döyənə qarşı işi bağlayıb, döyülənə qarşı iş açmaq onu göstərir ki, bu, siyasi sifarişlidir. Odur ki, bu iş qanunla deyil, şəxsi göstərişlə icra olunur”. Hətta qanunla məntəqədə çəkiliş qadağan olunsa  belə, heç kəsin hüququ yoxdur ki, buna görə başqasını ölümünə döysün”. Q.ibadoğlu MSK sədri Məzahir Pənahov məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü Jalə Bayramova qarşı zorakılığa haqq qazandırıb. Fevralın 9-da Milli Məclisə seçkilərdə səsvermə günü Bayramova, 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı seçki məntəqəsinin məşvərətçi səs hüquqlu üzvü Jalə Bayramova seçici, müşahidəçi və ya komissiyanın üzvü olmayan bir qadın tərəfindən döyülüb. Fevralın 20-də MSK-nın iclasında MSK sədri Məzahir Pənahov insidenti şərh edərkən deyib ki, bu, J.Bayramovanın “digər qadın”ın iradəsinə zidd olaraq çəkiliş aparmasına görə baş verib. “Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”, - M.Pənahov bildirib. Lakin J.Bayramovanın atası, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib: “Əvvala, MSK sədri prokuror, məhkəmə deyil ki, kimisə cəzalandıracaqlar desin. İkincisi, ondan soruşan gərək ki, sənin digər xanım adlandırdığın Azadə Kərimovanın həmin məntədə nə işi var idi? O, seçici deyil, nə məntəqə üzvü, nə də müşahidəçi deyil, ümumiyyətlə, onun məntəqədə mövcudluğu faktı qanunsuzdur. Üçüncüsü, seçki məntəqəsi ictimai yerdir. Dəfələrlə bəyan edilib ki, seçki şəffaflıq və aşkarlıq şəraitində keçir, məntəqələrdə veb- kameralar quraşdırılıb. Digər tərəfdən, J.Bayramovanın vəhşicəsinə döyülməsi faktı göz qabağındadır. “Odur ki, döyənə qarşı işi bağlayıb, döyülənə qarşı iş açmaq onu göstərir ki, bu, siyasi sifarişlidir. Odur ki, bu iş qanunla deyil, şəxsi göstərişlə icra olunur”. Hətta qanunla məntəqədə çəkiliş qadağan olunsa  belə, heç kəsin hüququ yoxdur ki, buna görə başqasını ölümünə döysün”. Q.ibadoğlu  qızının döyülməsi ilə bağlı videonu dəlillərə əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun