Koçaryandan sonra indi də Sarkisyan məhkəmə qarşısına çıxarılır

Koçaryandan sonra indi də Sarkisyan məhkəmə qarşısına çıxarılır
26 Fevral 2020
Mətni dəyiş
Çərşənbə axşamı Yerevanda Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan, “Flash” şirkətinin sahibi Barseq Beqlaryan, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və digər iki keçmiş dövlət məmurunun işi üzrə məhkəmə başlayıb. İclasın başlamadan iki saat əvvəl Sarkisyanın tərəfdarları və Respublikaçılar Partiyasının üzvləri məhkəmənin həyətinə toplaşaraq irəli sürülmüş iddialara etiraz olaraq aksiyaya başlayıblar. İstintaq müttəhimlərə qarşı xüsusilə külli miqdarda mənimsəmə və israf ittihamını irəli sürüb. Ermənistanın eks- prezidenti və digər şəxslər 2013-cü ildə dizel yanacağının alınması üçün təxminən 1 mln. dollara yaxın vəsaiti oğurlamaqda ittiham olunurlar. Serj Sarkisyan ona qarşı irəli sürülən ittihamı rədd edib. Respublikaçılar Partiyası öz bəyanatında işin siyasi motivli olduğunu və sifariş xarakteri daşıdığını qeyd edib. Xatırladaq ki, eyni vaxtda Yerevanda Ermənistanın ikinci prezidenti Robert Köçəryanın da məhkəməsi gedir. O, konstitusiya quruluşunu devirməkdə ittiham olunur

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun