İranda koronavirusa yoluxanların sayı 43-ə, ölənlərin sayı 8-ə çatıba

İranda koronavirusa yoluxanların sayı 43-ə çatıb, onların 8-i isə dünyasını dəyişib. bu haqda İranın Səhiyyə Naziri Kianuş Cahanpur məlumat yayıb.

Bundan öncə yayılan məlumatlara görə xəstəliyə yoluxanların sayı cəmi 28 nəfər idi və onların cəmi 5 nəfəri dünyasını dəyişmişdi.

İranda koroanvirusun yayılması haqda ilk xəbərlər fevralın 19-da yayılmışdı. Hal-hazırda xəstəlik daha çox İranın Qum, Mərkəzi və Mazandaran vilayətlərində yayılb.