Dünyanın ən varlı adamı iqlim dəyişikliyi ilə mübarizə üçün 10 milyard dollar ayıracaq

Dünyanın ən varlı adamı iqlim dəyişikliyi ilə mübarizə üçün 10 milyard dollar ayıracaq
19 Fevral 2020
Mətni dəyiş
Amazon şirkətinin rəhbəri Ceff Bezos iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard dollar ayıracağını bəyan edib. Dünyanın ən varlı adamı olan Bezos deyib ki, pul alimlərin, aktivistlərin və qeyri-hökümət təşkilatlarının işlərinə xərclənəcək. Milyarder Instagram səhifəsində yazıb ki, açacağı fond bu yaydan başlayaraq işləyəcək. Bundan öncə Amazon şirkətinin işçiləri şirkət rəhbərliyinə iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı işlər görməyə çağırmışdı. Bezos deyib ki, iqlim dəyişikliyi planetimiz üçün ən böyük təhdidlərdən biridir və onun yaradacağı fond təbiəti qorumağa xidmət edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun