Çindən gələn iki azərbaycanlı tələbə xəstəxanaya yerləşdirilib

Çindən gələn iki azərbaycanlı tələbə xəstəxanaya yerləşdirilib
19 Fevral 2020
Mətni dəyiş
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar. Nazirliyin yaydığı məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha 2 nəfər yerləşdirilib. Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya, daha sonra isə Bakıya gəlib: "Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə, həkim müşahidəsi üçün Kliniki Tibbi Mərkəzə çatdırılıblar". Bildirilib ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə əlaqəsi olmayıb: "Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun