Belçika kəşfiyyatının rəhbəri Rusiya xeyrinə casusluqda ittiham edilir

Belçika kəşfiyyatının rəhbəri Rusiya xeyrinə casusluqda ittiham edilir
19 Fevral 2020
Mətni dəyiş
Bir neçə həftə əvvəl Belçikanın İnformasiya və Təhlükəsizlik Xidməti (GISS) müvəqqəti olaraq əks kəşfiyyat bölməsinin rəhbəri Klement Vandeborre işdən uzaqlaşdırбшıb. Şöbənin rəhbəri ev dustaqlığına salınıb. Bu haqda belçika mətbuatına istinadən "Polyak radiosu" məlumat yayıb. Bəzi qəzetlər yazır ki, GISS daha bir zabiti ilə bağlı araşdırma aparır ki, bu zabit Rusiya ilə əməkdaşlıqda şübhəli bilinir. Beçikalı zabit Serbiya vətəndaşı ilə yaxın münasibətdə olub, o isə öz növbəsində serb kəşfiyyatının rəsmi işçisi və rus kəşfiyyatının qeyri-rəsmi əməkdaşı olub. Əgər həmin məlumat sübuta yetirilsə bu Avropa Birliyi tarixində ən böyük casus qalmaqalı olacaq. Belçika əks-kəşfiyyatı AB-də xüsusi yer tutur, çünki məhz Belçika AB və NATO-nun Brüsseldəki ofisinin qorunmasına cavabdehdir. Avropa Şurasının yaxın vaxtda yaydığı hesabatına görə Brüsseldə hal-hazırda 250 çin və 200 rus casusu işləyir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun