Avropa birliyi koronavirusla mübarizə üçün 232 milyon avro pul ayırıb

Avropa Birliyi koronavirusla mübarizə üçün 232 milyon avro pul ayırıb. Bu haqda Avropa Komissiyası bəyanat yayıb.

Avropa Komissiyası kömək paketii fevralın 24-də elan edib. Ayrlan vəsait dünyada yayılan koronavirusa müqavimət göstərmək üçün nəzərdə tutulub.

Ayrılan 232 milyon avro pulun 114 milyonu Beynəlxalq Səhiyyə Təşkilatına. Təminət və tədbirlər görməyə hazırlıq üçün ayrılacaq.

15 milyon avro isə Afrikaya, Seneqaldakı Paster İnstitutuna veriləcək ki, diaqnostika və epidemioloji nəzarət üçün xərclənsin.

Yerdə qalan 100 milyon avronun 90 milyon dövlət və özəl əvzaçılıq şirkətlərinə, qalan 10 milyon isə epidemioloji, diaqnostika, terapiya və klinik araşdırmalara xərclənəcək.