4 il mübarizədən sonra İngiltərə axır ki Avropa Birliyindən çıxdı

4 il mübarizədən sonra İngiltərə axır ki Avropa Birliyindən çıxdı
1 Fevral 2020
Mətni dəyiş
İngiltərə təqribən 4 il əvvəldən verdiyi Avropa Birliyindən çıxma qərarı (Brexit), sancılı prossesi keçərək axır ki, bu gün başa çatdı. Fevralın 1-də İngiltərənin yeni baş naziri, alovlu bir "Breksit" tərəfdarı olan Boris Consonun da 11 ay bundan əvvəl başlaydığı AB-dən çıxış prossesinin sonu çatdı. Beləliklə 31 dekabr 2020-ci ilə qədər Böyük Britaniya Avropa Birliyi ilə yeni ticarət razılaşması imzalayacaq. İngiltərə 1973-cü ildə Avropa Birliyinin hələ ilkin forması olan Avropa İqtisadiyat Təşkilatına üzv olmuşdu. O gündən ölkənin iqtisadi və siyasi gücü Brüsseldəki mərkəzdə toplanmış, İngiltərə Avropa ölkələrinin bir çox qərarlarına boyun əyməli olmuşdu və bu hal İngiltərədə müəyyən bir qrupun etirazına səbəb olmuşdu. [caption id="attachment_21955" align="aligncenter" width="624"] İngiltərənin yeni baş nazirir Boris Conson sırf "Breksit" qalmaqalı sayəsində əvvəlki baş nazirin istefası ilə hakimiyyətə gələ bilmişdi.[/caption] Baxmayaraq ki, ölkə Şengen vizası və ümumi pul vahidi olan avrodan da imtina etmişdi, yenə də ölkədə "Avropa skeptikləri" adlı bir qrupun şikayətləri azalmamışdı. Xüsusilə Şərq Bloku ölkələrinin AB-yə üzv olmasıyla İngiltərəyə artan miqrasiya və 2008-ci ilin iqtisadi böhranı "beksit" ideyalarını daha da populyarlaşdırdı. İfrat sağçı olan siyasətçi Niqel Fareycin liderliyi ilə yaradılmış AB əleyhdarı Birləşmiş Krallığın Azadlıq Partiyası (UKIP) 1990-cı illərdə 100 min səs qazandı, 2010-cu ildə bu 920 minə, 2015-də isə 3 milyon 890 minə yüksəldi və ölkədəki əsas siyasi xətti təzyiq altına almağı bacardı. Partiya Avropa Parlamentinin seçkilərində qazandğı uğurlarla çox saylı deputatı parlamentə salaraq "Breksit"i Avropanın da gündəminə gətirdi. Zamanla İngiltərənin son 8 ilində "Breksit" kəliməsi ölkədə ən çox müzakirə olunan mövzuya çevrildi. Ölkədə yaranan "Breksit" əhval-ruhiyyəsinə görə, 2013-cü ildə o dövrün İngiltərə baş naziri Devid Kameron xalqa AB üzvlüyündən referendumla çıxma sözünü verdi. Lakin, referendumda xalqın hələ tam olaraq "Breksit"i istəmədiyi ortaya çıxdı, əvəzində baş nazir AB-dən yeni güzəştlər qopararaq ölkənin üzvlüyünü davam etdirdi. "Breksit"ə çağıran kampaniya isə Naqel Fareyglə Boris Conson tərəfindən daha da güclü aparılmağa başladı. [caption id="attachment_71737" align="aligncenter" width="1096"] İngiltərənin baş naziri Tereza Mey, "Breksit"in öhdəsindən gələ bilmədiyi üçün istefa verməli olmuşdu.[/caption] İngiltərənin sonrakı baş nazirir Tereza Mey 2017-ci ilin 29 martında AB-yə məktub yazaraq iki illik bir müddətdə İngiltərə ilə AB arasında "Breksit" müzakirələrinin aparılması və təşkilatdan ayrılmağın şərtlərinin irəli sürülməsini təklif etdi. Ancaq "Breksit" prosesi Tereza Meyin gözlədiyi qədər də bəsit olmadı. Başlanılan prosses tezliklə baş nazir Tereza Meyin istefası ilə nəticələndi. İngiltərədə keçən il hakimiyyətə gələn yeni baş nazir Boris Conson isə qatı bir "Breksit" tərəfdarı idi və bunu mütləq gerçəkləşdirəcəyini deyirdi. Conson bəyan edirdi ki, onun mühafizəkar partiyası xalqın iradəsinə tabedir və 2020-ci il gəlmədən, 2019-cu ilin sonuna qədər "Breksit"i mütləq gerçəkləşdirəcək. Beləliklə, Consonun özünün də tam inana bilmədiyi ağrılı "Breksit" prossesi axır ki, gerçəkləşdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun