Ulduz amerikan basketbolçusu qızı ilə bərabər düşdüyü helikopter qəzasında ölüb

Ulduz amerikan basketbolçusu qızı ilə bərabər düşdüyü helikopter qəzasında ölüb
27 Yanvar 2020
Mətni dəyiş
Amerika Basketbol Liqası olan NBA-nın ulduz oyunçusu Kobe Briyant və 13 yaşlı qızı Qianna Mariya helikopter qəzasında həyatını itirib. Los-Angelesin Lakers komandasının keçmiş ulduzu olan oyunçunun şəxsi helikopterində ümumilikdə doqquz adam olub və hamısı Briyantla birlikdə ölüb. Qəza dünən səhər 10 radələrində saatlarında Los-Angelesdəki Kalabasas şəhərində baş verib. NBA-nın ən böyük ulduzlarından biri hesab olunan 41 yaşlı Briyant 18 dəfə All-Star forması geyinib. O 20 il ərzində Lakers komandasının şərəfini qoruyub və bu komandada olduğu müddətdə beş dəfə komanda çempiyonluq sevinci yaşayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun