Tramp Fələstin dövlətinin qurulması üçün 80 səhifəlik planını bəyan edib

Tramp Fələstin dövlətinin qurulması üçün 80 səhifəlik planını bəyan edib
30 Yanvar 2020
Mətni dəyiş
ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə çıxışı zamanı Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı sülh planını açıqlayıb. O planını İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra açıqlayıb və deyib ki, 80 səhifəlik planı fələstinlilər üçün sonuncu fürsətdir. O Yerusəlimin İsrailin "bölünməz" paytaxtı kimi qalacağını, ancaq şəhərin şərq tərəfində Fələstinin özünə paytaxt yarada biləcəyini bildirib. Trapmın planına görə həmçinin Fələstin öz ərazisini iki dəfədən çox artıra da biləcək. Ancaq o Fələstinin hansı torpaqların hesabına böyüyəcəyini deməyib. Tramp həmçinin sülh razılaşması baş tutarsa Fələstin dövlətinin qurulmasına 50 milyard dollara qədər yardım ediləcəyini də bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun