MSK sədri namizədləri vaxtından əvvəl təşviqat aparmamağa çağırıb

MSK sədri Məzahir Pənahov parlament seçkilərində deputatlığa namizədlərə sosial şəbəkələrdə vaxtından əvvəl təşviqat aparmamaq xahişilə müraciət edib.

O xatırladıb ki, qanunvericiliyə görə, seçkiqabağı təşviqat yanvarın 17-dən başlayır.

“Ondan əvvəl təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”, – M.Pənahov MSK-nın bugünkü iclasında bildirib.

Yanvarın 9-na olan məlumata görə, 689 namizəd qeydiyyata alınıb. Bunlardan 227 nəfəri 20 siyasi partiyanı təmsil edir.