Məzahir Pənahov: “1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”

9 fevralda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş 95 namizəd öz namizədliyini gerçi götürüb. Bu haqda MSK sədri Məzahir Pənahov yanvarın 21-də keçirdiyi mətbuat konfransında bildirib.

Məzahir Pənahov namizədlərin adlarını çəkib, ancaq onların nəyə görə namizədliklərini geri götürdüklərini bildirməyib. Bundan əlavə Məzahir Pənahov deyib ki, indiyə kimi ölkə üzrə 1542 nəfər deputatlığa namizədliyini irəli sürüb.