Korrupsiya reytinqinə görə Azərbaycan 126-cı, Ermənistan isə 77-ci yerdədir

Korrupsiya reytinqinə görə Azərbaycan 126-cı, Ermənistan isə 77-ci yerdədir
23 Yanvar 2020
Mətni dəyiş
Böyük yeddiliyə aid olan dörd ölkədə 2019-cu ilin nəticələrinə görə korrupsiya indeksində geriləmə baş verib. Bu haqda beynəlxalq təşkilat olan "Transparency International" təşkilatının rəhbəri Delia Ferreyra Rubio məlumat verib. Bu gün, yanvarın 23-də 180 ölkənin korrupsiya qavrama reytinqi siyahısını yayıb. "Transparency International"ın məlumatına görə siyahıda ölkələr 0-100 bal arasında balları ilə düzülüb. 0 bal - maksimum korrupsiya olan ölkələr, 100 isə korrupsiyanın ümumiyyətlə olmadığı ölkə sayılır. Siyahıya korrupsiyanın ən az olduğu ölkə 87 balla Danimarka və Yeni Zellandiya dayanır. Bu ölkələrin ardınca 86 balla Finlandiya gəlir. Korruspiya qavrama indeksinə görə ən pis ölkələr isə 9 balla Somali, 12 balla Cənubi Sudan və 13 balla Suriyadır. Postsovet ölkələri arasında isə yenə də Tacikistan, Türkmənistan və Özbəkistan korruspiya üzrə liderlərdir. Rusiyanın hesabında 28 bal, Azərbaycanınkında isə 30 bal var. Azərbaycan keçən illə müqaisədə beş bal qazanıb və siyahıda 126-cı yerə yüksəlib. Ukrayna isə keçən illə müqaisədə 2 bal itirib, siyahıda irəliləyib. Keçmiş sovet ölkələri arasında korrupsiyanın vəziyyətinə görə ən yaxşı yerdə Estoniya dayanır. Bu ölkə 74 balla siyahıda 19-cu yerdə dayanır. Azərbaycanın Qafqazdakı qonşuları Ermənistan keçən illə müqaisədə 7 bal artıraraq 42 bala yüksəlib və siyahıda 77-ci yerdədir. Gürcüstan isə 56 balla siyahıda 44-cü yeri tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun