Keçən il Azərbaycandan Avropa məhkəməsinə 1950, Gürcüstandan isə cəmi 597 şikayət göndərilib

Keçən il Azərbaycandan Avropa məhkəməsinə 1950, Gürcüstandan isə cəmi 597 şikayət göndərilib
30 Yanvar 2020
Mətni dəyiş
Avropa Şurasının orqanı olan Avropa İnsan Haqqları Məhkəməsi (AİHM) 2019-cu il üzrə statistikalarını açıqlayıb. Statistik məlumatlara görə AİHM də hal-hazırda quruma üzv olan 47 dövlətə qarşı 59 min 800 məhkəmə işi baxılmağı gözləyir. AİHM-ə şikayətlərin 15 min 50-si Rusiyaya qarşı verilən şikayətlərdir. Rusiyadan sonra ən çox şikayət edilən ölkə Türkiyədir (9 min 250 iş). Ukrayna (8 min 850), Rumınıya (7 min 900), İtaliya (3 min 500). Siyahıda Azərbayvandan 1950 şikayət göndərilərkən, Ermənistandan 1650, Gürcüstandan isə cəmi 597 şikayət olunub. Ölkələrin əhalisini nəzərə aldıqda isə qarşımıza tamamilə fərqli bir mənzərə çıxır. Belə ki, Avropa Birliyinə üzv olan 47 ölkədən AİHM-nə göndərilən şikayətlər hər 10 min nəfərə 0.53 düşsə də, məsələn Çernoqoriyada bu rəqəm 6,86-dır, Bosniyada 5,09, Serbiyada 3,10-dur. Azərbaycandan isə bu rəqəm çox yüksək - 9,89, Ermənistandan 2,96, Gürcüstabdab isə 3,72 şikayətdir. Rusiyadan gələn şikayətlər AİHM-yə gələn ümumi şikayətlərin 25,2 faizini təşkil edir. Türkiyə isə siyahıda ikincidir. Belə ki, AİHM-yə olan şikayətlərin 15,5 faizi türkiyədən gəli.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun