İran Ukrayna təyyarəsini vurduğuna dair ittihamları rədd edir

İran Ukrayna təyyarəsini vurduğuna dair ittihamları rədd edir
11 Yanvar 2020
Mətni dəyiş

İran raketlərindən birinin Tehrandan yaxınlığında Ukrayna təyyarəsini vurduğuna dair iddiaları rədd edir və Birləşmiş Ştatlarla Kanadanı 176 nəfərin hamısının ölümü ilə nəticələnən qəza ilə bağlı hər hansı bir məlumatı paylaşmağa çağırır.

İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abidzadə cümə günü Tehranda keçirilən mətbuat konfransında "əminliklə deyə bilərik ki, heç bir raket təyyarəyə dəyməyib" deyib.

Abidzadə deyib ki, Birləşmiş Ştatlar və Kanada təyyarənin səhvən raketlə vurulduğuna əmindirlərsə, onlar dünya standartlarımna uyğun olaraq, əllərindəki dəlliləri dünyaya göstərməlidirlər.

İranın istintaq qrupunun rəhbəri Həsən Rezayifar deyib ki, təyyarənin qara qutusundakı məlumatların bərpası bir aydan çox davam edə bilər. Bundan əlavə O, İranın məlumatları əldə edə bilmədiyi təqdirdə beynəlxalq mütəxəssislərdən kömək istəyəcəyini deyib.

Cümə günü ABŞ dövlət katibi Mayk Pompeo ilə telefonla danışan Ukrayna prezidenti Volodimir Zelenski hücumunun istisna, lakin bunun hələ sübut edilmədiyini deyib.

Ukraynanın xarici işlər naziri Vadym Pristayko və Zelenskiy cümə günü Kiyevdə ABŞ səfirliyinin rəsmiləri ilə görüşdükdən sonra qəza ilə əlaqədar dəqiqləşdirilməmiş, lakin vacib məlumat aldıqlarını və həmin məlumatların mütəxəssislər tərəfindən yoxlanılacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun