İngiltərə parlamenti "Brekzit" razılaşmasını axır ki, qəbul edib

İngiltərə parlamenti "Brekzit" razılaşmasını axır ki, qəbul edib
23 Yanvar 2020
Mətni dəyiş
Böyük Britaniya parlamentinin yuxarı palatası olan Lordlar palatası yanvarın 22-də "Brekzit" müqaviləsini ratifikasiya edib. Bundan öncə parlamentin aşağı palatası da müqaviləni ratifikasiya etmişdi. İndi müqavilənin yanvarın 23-də kraliça II Yelizaveta tərəfindən imzalanması gözlənilir. İngiltərənin Avropa Birliyindən çıxma məsələləri ilə bağlı naziri Stiven Berkli Twitter səhifəsində yazıb ki, "Biz söz verdiyimiz kimi "Brekzit"i gerçəkləşdiririk, yanvarın 31-i bununla bağlı son addımlarımızı atacağıq". "Brekzit" razılaşması İngiltərə tərəfindən tam qəbul olunduqdan sonra o Avropa parlamentində də ratifikasiya olunmalıdır. Gözlənildiyi kimi bu yanvarın 29-da AB parlamentinin iclasında baş tutmalıdır. Yanvarın 31-də İngiltərə axır ki, "Brekzit"ə nail olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun