İngilis şahzadəsi daha xalqın pulu ilə yaşamaq istəmədiyi üçün kral ailəsindən çıxıb

İngilis şahzadəsi Herri həyat yoldaşı ilə birlikdə.

İngiltərə kraliçası II Yelizavetanın nəvəsi olan Sasseks şahzadəsi Herri kral ailəsindən uzaqlaşmaq arzusu ilə bağlı iki dəfə jurnalistlər qarşısına çıxıb və deyib ki “başqa yolum qalmamışdı”.

Şahzadə Herri, həyat yoldaşı Meqan Marklla birlikdə kral ailəsindən çıxmaqalarıyla bərabər, ancaq İngiltərəni tərk etməyəcəklərini bildirib. O bu qərarını daha xalqın puluyla yaşamaq istəməməsi ilə əsaslandırıb.

Şahzadə deyib ki: “İngiltərə mənim yuvam və aşiq olduğum yerdir. Bu haqda fikrim heç vaxt dəyişməyəcək”.

Keçən həftənin bazar günü Afrikada keçirilən QİÇS həftəsində özünün yaratdığı QİÇS-lə mübarizə təşkilatının tədbirində çıxış edən Herri kral ailəsindən niyə uzaqlaşmaq istəyi haqda danışıb. O əvvəlcə deyib ki, mən şahzadə, ya da qraf kimi yox Herri kimi danışmaq istəyirəm.

O sözünə davam edərək həyat yoldaşı və özünün daha “zati-aliləri” titulundan istifadə etmək istəmədiklərini və xalq maliyyələşdirilməsindən imtina etmək istədiklərini bildirib. O bu qərara kral ailəsindən olmayan Meqan Marklla 2018-ci ildə evlənmək qərarını verəndən sonra gəldiyini və bu qərarına görə uzun müddət əziyyət çəkdiklərini də əlavə edib.

“Bilirəm ki, həmişə seçimlərim doğru olmayıb. Amma bu məsələdə başqa bir yolum yox idi. Biz heç kimi tərk etmirik. Sadəcə kraliçaya ictimai maliyyələrdən yararlanmadan xidmət etmək istədiyimizi bildirmişdik. Ancaq təəssüf ki bu mümkün olmadı. Bu halda ki olduğumu ya da nə qədər prinsipal biri olduğumu da nəzərə alaraq, bir çox həqiqətin mənim qərarımı dəyişdirməyəcəyini yəqin etdim. Ümüd edirəm bu sizə məni başa düşməyə yardımçı olacaq”.

Xatırladaq ki, Sussex qrafı və şahzadə Harri və arvadı Meqan Markl iki həftə öncə kral ailəsindən çıxmaqla bağlı qərar vermişdilər. Onlar maddi azadlıqlarını təmin etmək üçün işləmək istədiklərini və zamanlarını Cənubi Amerikayla İngiltərədə bərabər surətdə paylaşdıraraq keçirəcəklərini bəyan ediblər.

Bunun arxasıyca keçən həftənin sonu Bukinqem sarayı Şahzadə Harri və Meqan Marklın “zati-aliləri” titulundan imtina etdiklərini və ictimai maliyyə mənbələrindən istifadə etməyəcəklərini bəyan edib.