Bu il ölkədə daha 6 ASAN xidməti mərkəzi açılacaq

Bu il ölkədə daha 6 ASAN xidməti mərkəzi açılacaq
28 Yanvar 2020
Mətni dəyiş
Bu il 6 ASAN xidmət və 1 “ASAN Kommunal” mərkəzinin açılması gözlənilir. Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bunlar Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında və Bakıda 2 “ASAN xidmət” mərkəzi ilə yanaşı, 1 “ASAN Kommunal” mərkəzinin açılması gözlənilir: “Eyni zamanda yeni Innoland mərkəzlərinin açılması, Silikon vadisində Azərbaycan İnnovasiya Evinin, Beynəlxalq Startapfest tədbirinin keçirilməsi nəzərdə tutulur”. Sədr bildirib ki, həmçinin Qubada ABAD qablaşdırma fabriki açılacaq: “Bu günə qədər startaplara 830 min manat investisiya cəlb edilib”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun