Avropa Şurasının seçkiqabağı müşahidə missiyası müxalifət üzvləri ilə görüşür

Avropa Şurasının seçkiqabağı müşahidə missiyası müxalifət üzvləri ilə görüşür Foto: sosial media
24 Yanvar 2020
Mətni dəyiş
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin üzvləri  –Stefan Şennak (Avstriya), Alfred Heer (İsveçrə), Ravio Tam (Estoniya), Georgios Kartuqkalos (Yunanıstan) yanvarın 23-də müxalifət təmsilçiləri ilə görüşüblər. Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Haqq-Ədalət Partiyasının təşkilat komitəsinin sədri  Əli İnsanov,  ReAl Partiyasının sədri İlqar Məmmədov, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli iştirak ediblər. Müsavat Partiyasının məlumatına görə, görüşdə seçkiqabağı durum, namizədlərin irəli sürülməsi və qeydiyyata alınması mərhələsində müşahidə olunan pozuntular və digər məsələlər müzakirə olunub. Bildirilib ki,  AŞPA-nı təmsil edən 35 nəfərlik müşahidə missiyası fevralın 6-da Bakıya gələcək. Müşahidə qrupu Bakıda və bəzi bölgələrdə səsvermənin monitorinqini həyata keçirərək seçkilərə qiymət verəcək. Fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 350 nəfərlik heyəti də müşahidə edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun