ABŞ bu ölkəyə uşaq doğmağa gələn analara viza vermə şərtlərini sərtləşdirir

ABŞ bu ölkəyə uşaq doğmağa gələn analara viza vermə şərtlərini sərtləşdirir
24 Yanvar 2020
Mətni dəyiş
ABŞ başqa ölkələrin vətəndaşları olan hamilə qadınlara viza vermə qaydalarını sərtləşdirir. Bu haqda yanvarın 23-də ABŞ dövlət departamenti bəyan edib. Bəyanatda deyilir ki, ən yaxın zamanlarda məqsədli şəkildə ABŞ-a uşaq doğmaq üçün gələn qadınlara viza vermə qaydaları sərtləşdiriləcək. Bununla bərabər departament heç də bütün hamilə qadınlara deyil, ABŞ-a orda uşaq doğmaq məqsədiylə səyahət edən qadınlara məhdudiyyət tətbiq edəcək. Bu yolla hökümət vergi ödəyicilərini "doğum turizmin"in yaratdığı xərclərdən xilas edəcək. Ancaq ABŞ-da doğulan uşaqlara ABŞ vətəndaşlığının verilməsi praktikası yenə də qanunda qalacaq. 2019-cu ilin avqust ayında ABŞ prezidenti Donald Tramp bu praktikanı ləğv etmək üçün çalışacağını da bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun