2019-cu ildə 13500 nəfər Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb

2019-cu ildə 13500 nəfər Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb
24 Yanvar 2020
Mətni dəyiş
2019-cu ildə 13500 nəfər Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb, RF DİN-in saytındakı məlumatda bildirilir. Eyni zamanda 24000 nəfər Ermənistan vətəndaşı və 2500 nəfər Gürcüstan vətəndaşı Rusiya pasportunu alıb. Ümumilikdə, 2019-cu ildə 498000 əcnəbi Rusiya vətəndaşlığını alıb ki, bu da bir il öncə olduğundan 80% çoxdur. Onların böyük əksəriyyəti ukraynalılardır. Rusiya ölkə pasportlarını ukraynalılara verirkən onlardan Ukrayna vətəndaşlığından imtina etməyi tələb etmir. Ukraynalılardan sonra Rusiya pasportunu alanların sayına görə ikinci yerdə qazaxlar (50,5 min nəfər), sonra taciklər  (45 min) və ermənilərdir. Qeyd edək ki, son illər Rusiya keçmiş SSRİ respublikalarından olanların vətəndaşlıq alması prosedurunu müntəzəm olaraq asanlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun