Ukrayna prezidenti Azərbaycana gəlir

Ukrayna prezidenti Azərbaycana gəlir
16 Dekabr 2019
Mətni dəyiş
Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək. Məlumata görə, səfər iki gün davam edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir. İki ölkə prezidenti Ukrayna-Azərbaycan biznes forumunun işində iştirak edəcəklər. Bundan başqa, Zelenski Azərbaycanın Ukrayna icmasının nümayəndələri ilə görüşəcəklər. Xatırladaq ki, bu, Prezident seçildikdən sonra Zelenskinin Bakıya ilk səfəridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun