Serj Sarksyanın qardaşı oğlu Çexiyada həbs olunub Ermənistana verilir

Serj Sarksyanın qardaşı oğlu Çexiyada həbs olunub Ermənistana verilir
11 Dekabr 2019
Mətni dəyiş
Çexiyanın hökümət orqanları bu ölkədə gizlənən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya etməyə qərar verib. Bu haqda Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan jurnalistlərə məlumat verib. "Ermənistanda yaranmış geniş rezonansı nəzərə alaraq deyək ki, Çexiyanın hökümət orqanları Ermənistan baş prokurorunun müraciəti əsasında cinayət ittihamı ilə axtarışda olan Narek Sarkisyanı ölkəmizə qaytarır" - deyə Qor Abramyan bildirib. Ermənistan baş prokurorluğu Narek Sarkisyanın ölkəyə gətirilməsi üçün polis işçiləri ayırılıb. Xatırladaq ki, Narek Sarksyan 2018-ci ilin dekabrında Çexiya paytaxtı Praqada İnterpolun xətti ilə tutulub. O tutularkən üzərində saxta Qvatemala pasportu olub. Serj Sarksyanın ortancıl qardaşı Aleksandr Sarksyanın oğlu olan Narek Sarksyan qanunsuz silah gəzdirmək, daşımaq həmçinin qadağan olunmuş narkotik vasitələri hazırlamaq və gəzdirmək ittihamları ilə axtarılırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun